Çexiya prezidenti Petr Pavel bildirib ki, Çin və Rusiya olmadan Ukraynada sülh danışıqları mənasızdır.
HİT.az xəbər verir ki, bu barədə ChTK agentliyi məlumatg yayıb.
"Rusiya və Çinin danışıqlar masasında iştirakı olmadan hər hansı sülh danışıqlarına nail olmaq həqiqətən mümkün olmayacaq", deyə Pavel izah edib.
Çexiya prezidenti iqtisadiyyatda və maliyyədə mühüm qlobal oyunçu olaraq Çinin roluna işarə edib.
Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Ukrayna prezidenti Volodimir Zelenskinin legitimliyi ilə bağlı hüquqi problemlərə baxmayaraq, Ukrayna münaqişəsi ilə bağlı danışıqlara hazırdır.
Peskovun sözlərinə görə, praktiki baxımdan Rusiya öz məqsədlərinə danışıqlar yolu ilə nail olmağa hazırdır və "burada müxtəlif variantlar mümkündür".
Samir