“Fələstin ərəb dövlətidir. Ərəb dövlətləri Liqası Fələstinin bu probleminin həllində aktiv mövqe göstərməlidir. Ərəb ölkələri bu məsələdə çox fəal olmalıdır. Məlum mövzu ilə bağlı Türkiyə, Pakistan və İran daha çox fəallıq göstərir. Azərbaycan bu məsələdə ədalətli mövqe nümayiş etdirir”.
Bu sözləri Hit.az-a siyasi ekspert Mübariz Göyüşlü deyib.
O bildirib ki, Fələstin məsələsində Ərəb dövlətləri Liqasına üzv olan ölkələr qeyd etdiyim müsəlman ölkələri qədər fəallıq göstərmir:
“Bir ərəb ölkəsinə qarşı bu cür hadisələr baş verirsə, digər ərəb ölkələri də öz səsini ucaltmalıdır. Bu mənada Prezident İlham Əliyev haqlı öz fikrini bildirib”.
Qeyd edək ki, Şuşada keçirilən II Şuşa Qlobal Media Forumunda xarici təmsilçi Prezident İlham Əliyevə ünvanladığı sualda Fələstin-İsrail münaqişəsi ilə Azərbaycanın mövqeyi nədən ibarətdir ki, Qəzza bölgəsində sülh təmin edilsin, ən azı atəşkəs təmin edilsin?
Prezident İlham Əliyev isə qeyd edib ki, Ərəb Liqası daha fəal olmalıdır və münaqişəyə dair daha açıq mövqe ifadə etməlidir.
Sevinc