Çinin "Xiaomi" şirkəti yeni "SU7 Ultra" adlı idman avtomobili istehsal edir.
Hit.az xəbər verir ki, sözügedən modelin "SU7", "SU7 Pro" və "SU7 Max" adlı 3 versiyası olacaq.
Tamamilə elektrikli olacaq avtomobil yarış üçün hazırlanıb. Elektromobil 0-dan 100 kilometr sürətə sadəcə 1,97 saniyədə çata bilir. Üstəlik, 1548 at gücündə olacaq. Avtomobilin maksimal sürətinin isə saatda 350 kilometr olacağı açıqlanıb.
Böyük marağa səbəb olan super avtomobil 2025-ci ilin birinci yarısında kütləvi şəkildə istehsal olunacaq. Satışların da 2025-ci ildə başlaması gözlənilir.
Qeyd edək ki, "Xiaomi SUV7 Ultra" modelinin neçəyə olacağı hələlik bəlli deyil.
Pərviz