Niderland Rusiya qazının idxalının artmasından şikayətləndi

DÜNYA
16:23 / 26.07.2024
205

Niderland parlamentinin bir qrup üzvü Rusiya qazının Avropa İttifaqına (Aİ) idxalının artdığını açıqlayıb. Deputatlar hökumətə ünvanladıqları müraciətdə energetika sahəsində mövcud vəziyyətdən şikayətləniblər. 

HİT.az bu barədə lenta.ru-ya istinadən xəbər verir.

"Rusiya qazının Avropa İttifaqına (Aİ) idxalının artması doğrudurmu? Aİ ölkələrinin yenidən özlərini Rusiyadan asılı vəziyyətə salması ilə bağlı narahatlığı bölüşürsünüzmü?", deyə onların müraciətinin mətnində qeyd edilir.

Bundan başqa, parlamentarilər məsələ qaldırıb ki, Rusiya qazı ABŞ və digər ölkələrdən gələn mayeləşdirilmiş təbii qazdan daha ucuzdur və buna görə də müxtəlif Aİ ölkələri üçün daha dayanıqlı variantlara və yaxud infrastruktura sərmayə qoymağa daha az maraqlı olacaq.

"Sizcə, Aİ Rusiya qazının idxalının artımını cilovlamaq və Avropanın asılılığını azaldan qaz layihələrini həyata keçirmək üçün hansı tədbirləri görə bilər? Siz bu tədbirlərin həyata keçirilməsi üçün öhdəlik götürməyə hazırsınızmı?", deyə müraciət müəllifləri soruşub.

Samir

0