Britaniya Çini şirkətlərinin Rusiya ordusunu dəstəkləməsinə imkan verməməyə çağırdı

18:31 / 26.07.2024
230

Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi çinli həmkarı Vanq Yi ilə görüşü zamanı Çini öz şirkətlərinin Rusiya ordusuna dəstək olmasına imkan verməməyə çağırıb.

HİT.az xəbər verir ki, bu barədə “Reuters” Böyük Britaniya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

"Xarici işlər naziri Böyük Britaniyanın Ukrayna ilə bağlı qəti öhdəliyini vurğuladı və Çini öz şirkətlərinin beynəlxalq təhlükəsizlik və rifah üçün təhlükə yaradan Rusiya hərbi-sənaye kompleksini dəstəkləməsinin qarşısını almağa çağırdı", deyə XİN-in bəyanatında bildirilir.

Lammi və Yi ASEAN xarici işlər nazirlərinin Laosda keçirilən tədbiri çərçivəsində danışıblar. Bu, Leyboristlər Partiyasının Britaniyada 4 iyulda keçirilən seçkilərdə qələbəsindən sonra Lamminin vəzifəyə başlamasından sonra ilk görüşü olub.

Qeyd edək ki, Britaniyanın müdafiə potensialının strateji icmalının rəhbəri Corc Robertson bildirib ki, Çin və Rusiya Federasiyası Böyük Britaniya və ümumilikdə NATO bloku üçün “ölümcül” təhlükə yaradır.

Samir

0