Rusiya və Çin bombardmançılarının Alyaska yaxınlığında peyda olması ABŞ-ı təşvişə salıb

21:55 / 26.07.2024
225

ABŞ Müdafiə Nazirliyi Rusiya və Çin bombardmançılarının Alyaska sahillərində patrul aparması ilə bağlı məlumatdan təşvişə düşüb. 

HİT.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Departamentinin rəhbəri Lloyd Ostin bildirib.

Materialda vurğulanır ki, bu həftə Çin hərbi təyyarələri ilk dəfə Alyaskanın hava hücumundan müdafiə sistemlərinin identifikasiya zonası daxilində uçuşlar həyata keçirib. Bu həm də Çin və Rusiya təyyarələrinin Rusiyanın şimal-şərqindəki eyni aviabazadan havaya qalxması ilk dəfə olub.

"Moskva və Pekinin bu münasibətləri bizi daim narahat edir", deyə Pentaqon rəhbəri bildirib.

İyulun 25-də Rusiya Müdafiə Nazirliyi Rusiyanın Tu-95ms strateji raketdaşıyıcıları və Çin bombardmançılarının Berinq və Çukçi dənizlərinin sularında birgə patrul xidməti həyata keçirdiklərini bildirib. Bundan əlavə, təyyarələr Şimali Sakit Okeanın üzərindən uçub.

İdarənin məlumatına görə, uçuş beş saatdan çox davam edib. Nazirlikdən bildirilib ki, marşrutun bəzi hissələrində Rusiya Federasiyası və Çindən olan bir qrup təyyarəni digər ölkələrin qırıcıları müşayiət edib.

Samir

0