Argentina prezidenti ordunu Venesuellada demokratiyanı müdafiə etməyə çağırdı

DÜNYA
09:52 / 29.07.2024
315

Argentina prezidenti Xavyer Miley Venesuelada keçirilən prezident seçkilərində Nikolas Maduronun qələbəsini tanımaqdan imtina edib. 

HİT.az xəbər verir ki, Peru və Çilinin hakimiyyət orqanları da oxşar qərar qəbul ediblər. 

Xavyer Miley venesuelalı müxalifətçi Edmundo Qonzalesi qalib elan edib. "Məlumatlar müxalifətin sarsıdıcı qələbəsini göstərir və dünya onun (Nikolas Maduro hökumətinin-red.) məğlubiyyətini etiraf etməsini gözləyir... Argentina daha bir yalanı qəbul etmək niyyətində deyil və bu dəfə silahlı qüvvələrin demokratiyanı və xalqın iradəsini müdafiə edəcəyinə ümid edir", deyə o, X sosial şəbəkəsində yazıb.

Perunun xarici işlər naziri Xavyer Qonzales-Olaeçea Venesuelada keçirilən səsverməni xalqın iradəsinə hücum adlandırıb. "Mən Venesuela hökumətinin törətdiyi saxtakarlıq modelini qəti şəkildə pisləyirəm", deyə nazir X hesabında yazıb.

Çili xarici işlər naziri Alberto van Klaveren bildirib ki, beynəlxalq müşahidəçilər öz nəticələrini səsləndirməyənə qədər Çili hökuməti Nikolas Maduronun qələbəsini tanımayacaq. Çili prezidenti Qabriel Boriç də protokolların yoxlanılmasında tam şəffaflığa çağırıb. "Maduro rejimi başa düşməlidir ki, dərc etdiyi nəticələrə inanmaq çətindir... Biz yoxlanılması mümkün olmayan nəticələri qəbul etməyəcəyik", Boris X-də yazıb.

Qeyd edək ki, Venesuelanın hazırkı prezidenti Nikolas Maduro qələbəsini elan edib. Rəsmi məlumatına görə, örotokolların 80%-nin sayılmasından sontra Maduro 51,2% səs toplayıb.

Maduronun əsas rəqibi, ifrat sağçı p artiyalardan olan namizəd Edmundo Qonsalesa 4 445 978 seçici və ya səs verənlərin 44,2 %-i səs verib. Seçkilərdə iştirak edən digər səkkiz namizədə ümumilikdə seçicilərin 4,6 %-i səs verib.

Bu, 2013-cü ilin aprelindən bəri prezident vəzifəsini icra edən Nikolas Maduronun ardıcıl üçüncü prezidentlik müddəti olacaq. Üstəlik, mart ayında bir neçə seçkiqabağı sorğuya əsasən, venesuelalıların yalnız 13,9%-i hazırkı liderə səs verməyə hazır idi. Venesuelanın hakimiyyətə gəlişindən bəri yaşadığı hiperinflyasiya və iqtisadi tənəzzül və xüsusilə 2014-2017-ci illər arasında hakim partiyaya qarşı tez-tez keçirilən etirazlar fonunda ölkənin hazırkı lideri geniş dəstəkdən məhrum olub.

Samir
 

0