Şimali Koreya lideri Kim Çen Inın qızı Çju E respublikanın rəhbərliyində atasını əvəz etməyə hazırlaşır.
HİT.az xəbər verir ki, "Yonhap" agentliyi bu barədə Cənubi Koreya kəşfiyyatına istinadən yazıb.
Mənbə hesab edir ki, çəkisi yüksək olduğuna görə Şimali Koreya liderinin səhhətində problemlər var.
Cənubi Koreyanın milli kəşfiyyat xidmətinin hesabatına görə, Şimali Koreya səlahiyyətliləri Çju Enin atasının ehtimal varisi olacağına eyham vururlar və xarici dünya ilə təmaslarının tezliyini tənzimləyirlər. Keçmişdə 60%-dən çox hallarda Çju E atasını hərbi tədbirlərdə müşayiət edirdi və yalnız iqtisadi fəaliyyətlərdə qismən iştirak edirdi. Eyni zamanda kəşfiyyat Şimali Koreya liderinin varisinin dəyişə biləcəyini də istisna etmir.
Cənubi Koreya səlahiyyətliləri Kim Çen Inın çəkisinin 140 kq olduğunu və kəskin piylənmə yaşadığını, bədən kütləsi indeksinin təxminən 40, standart 25-dən xeyli yüksək olduğunu və onun ürək-damar xəstəlikləri üçün yüksək risk altında olduğunu bildirir.
“O, təqribən 30 yaşında yüksək təzyiq və şəkər xəstəliyinin əlamətlərini göstərməyə başladı və indiki səhhəti yaxşılaşmasa, onda ürək-damar xəstəliyi yarana bilər. Təkcə mövcud dərmanlarla müalicəsi çətin olan vəziyyətlər yarana bilər”, deyə məlumatda qeyd edilir.
Çju E 2022-ci ilin noyabrında atası ilə birlikdə mərasim və hərbi tədbirlərdə müntəzəm olaraq görünməyə başlayıb. Koreya Respublikasının Birləşmə Nazirliyi mart ayında xəbər vermişdi ki, Kim Çen In öz qızını varisi seçib. İyul ayında Kim Çen In Koreya Qadın Sosialist İttifaqının Mərkəzi Komitəsinin sədri Kim Çen Sunu Koreya Fəhlə Partiyasının ictimai təşkilatlar şöbəsinin müdiri təyin edib ki, bu da Cənubi Koreyalı analitiklərin fikrincə, görünməmiş bir hadisə idi - əvvəllər bu məsul vəzifəyə yalnız kişilər təyin olunurdu.
Samir