Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski hesab edir ki, Rusiya Federasiyası ilə sülh əldə etmək mümkün deyil Çünki Moskva təcavüzdən faydalanmaq istəyir. Ona görə də, onun fikrincə, buna güzəştlə deyil, güclə cavab vermək lazımdır.
HİT.az xəbər verir ki, nazir bu barədə "Visegrad Insight" nəşrinə müsahibəsində danışıb.
"Müasir Rusiya Brejnev dövründəkindən qat-qat avtoritar rejim tətbiq edib və daha çox siyasi məhbus var. Eyni zamanda o, sərhədləri güc yolu ilə dəyişməyə başladı. ATƏT Avropada təhlükəsizliyin sabitləşdirilməsi ideyası idi. Rusiya uzun illər və onilliklər ərzində ATƏT-i bəyənirdi, çünki Rusiyanın orada veto hüququ var idi. Lakin Moskva BMT Nizamnaməsini və əslində onun təşəbbüsü ilə yaradılmış ATƏT-i pozdu. Bu bizi düzgün nəticəyə gətirir ki, Rusiya ilə indiki kimi sülhə nail olmaq mümkün deyil, çünki o, təcavüzdən faydalanmaq istəyir", deyə nazir bildirib.
Sikorski əmin edib ki, Rusiya lideri Vladimir Putinin məqsədi onun şərtləri ilə sülhə, daha doğrusu, Ukraynanın, həmçinin bütün Qərbin təslim olmasına nail olmaqdır.
"Bunun üç cavabı var. Siz təslim ola, təcavüzkarı dəf edə və ya heç olmasa təcavüzdən təsirlənən tərəfə kömək edə bilərsiniz ki, təcavüzkarın özü təslim olsun", deyə polşalı nazir vurğulayıb.
Onun sözlərinə görə, hazırda Qərbi Avropada siyasi elitaların şüurunun derusifikasiyası gedir.
Samir