ABŞ ordusu və donanması bu yaxınlarda hipersəs silahlarını sınaqdan keçirib. Onun uğurlu olub-olmaması və hansı silahlardan istifadə etdikləri barədə məlumat verilmir.
HİT.az xəbər verir ki, bu barədə The Warzone portalı yazıb.
Pentaqonun nümayəndəsinin sözlərinə görə, sınaqlar Floridadakı Kape Kanaveral bazasında keçirilib. O, tarixi açıqlamasa da, ehtimal ki, sınaqlar iyulun 25-də baş tutub.
"Bu sınaq operativ hipersəs texnologiyasının inkişafında mühüm mərhələ oldu. Aparat və proqram təminatının performansı ilə bağlı mühüm məlumatlar toplanıb ki, bu da hipersəs silahlarının yerləşdirilməsində gələcək irəliləyişi asanlaşdıracaq", deyə hərbi idarədən bildiriblər.
Fevral ayında ABŞ hipersəs silahlarını izləyən peykləri olan raketi orbitə çıxarıb. Mart ayında ABŞ Hərbi Hava Qüvvələri Sakit okeanda AGM-183A ARRW hipersəs qanadlı raketinin uğurlu sınağı haqqında məlumat vermişdi.
İyul ayında Pentaqon ABŞ-ın 2026-cı ildə Almaniyada uzaqmənzilli zərbə sistemləri yerləşdirməyə başlayacağını açıqlamışdı. Söhbət SM-6 zenit raketlərindən, "Tomaqavk" qanadlı raketlərindən və eksperimental hipersəs silahlarından gedir.
Samir