Türkiyə ilə İsrail arasında müharibə ola bilər? - "Siyasi səhv olar"

13:10 / 30.07.2024
371

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili hədələyib. 

Dövlət başçısı İsrailə qoşun yeridə biləcəklərini söyləyib:

"Liviyaya girdiyimiz kimi İsrailə də girə bilərik. Edilməyəcək bir şey yoxdur. Yalnız biz güclü olmalıyıq ki, bu addımları ata bilək".

Bu açıqlamanın ardından Türkiyə ilə İsrail arasındakı vəziyyət daha da gərginləşib. İki tərəfin rəsmiləri bir-birləri barəsində sərt sözlər səsləndiriblər. Bütün bunların fonunda isə iki ölkə arasındakı gərginliyin hərbi toqquşmaya çevrilə biləcəyi iddia olunmağa başlayıb. 

Ümumiyyətlə, Türkiyə ilə İsrail arasında yaxın perspektivdə hərbi toqquşma ola bilər? 

"Report" İnformasiya Agentliyinin əməkdaşı, siyasi analitik Kənan Novruzov Hit.az-a açıqlamasında bildirib ki, Türkiyə ilə İsrail arasında birbaşa hərbi toqquşmanın olacağı inandırıcı deyil:

355046

"Ona görə də bunun yaşanacağını gözləmirəm. Əslində Rəcəb Tayyib Ərdoğanın dediyindən də Türkiyənin İsrailə hərbi müdaxilə edəcəyi qənaətinə gəlmək doğru deyil. Düşünürəm ki, Türkiyənin İsrailə qoşun göndərməsi siyasi səhv olar. Türkiyə sadəcə Fələstinə hərbi dəstək verə bilər. Amma bu da indiki vəziyyətdə real görünmür". 

Ekspert qeyd edib ki, Türkiyə İsrailə hərbi müdaxilə edərsə, bu, perspektivdə Türkiyə-ABŞ müharibəsinə gətirib çıxara bilər:

"Çünki İsrailin arxasında ABŞ dayanır. Rəsmi Ankara isə buna getməz. Məncə, Türkiyə proseslərin o səviyyəyə çatmaması üçün məsələni mümkün qədər diplomatik və siyasi təzyiq yolu ilə həll etməyə çalışır". 

Pərviz

0