"Rusiya ilə bütün körpülər məhv edilməməlidir".
HİT.az xəbər verir ki, bunu Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq ORF televiziyasına müsahibəsində deyib.
"Bizim dialoq kanallarımız var. Mən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) mövcudluğunun ən fəal tərəfdarlarından biriyəm. Biz bu platformadan istifadə etməliyik", deyə Şallenberq bildirib.
Eyni zamanda, diplomat hesab edir ki, Moskva indi ciddi dialoqa hazır deyil, ona görə də Avropanın Hindistan, Çin və Braziliya ilə danışması vacibdir, çünki bu ölkələr Rusiyaya daha çox təsir edir.
İyulun əvvəlində Dövlət Dumasının deputatları Rusiya nümayəndə heyətinin ATƏT Parlament Assambleyası (PA) çərçivəsində fəaliyyətini müvəqqəti dayandırması ilə bağlı bəyanatı yekdilliklə dəstəkləyiblər. Deputatlar və senatorlar bu barədə qərarı rus diplomatlarına qarşı ayrı-seçkilik, ikili standartlar və substantiv müzakirə aparmaq istəməmələri ilə əlaqələndiriblər.
Samir