İki Avropa ölkəsi Rusiya ilə danışıqlar aparır

DÜNYA
13:50 / 30.07.2024
197

Macarıstan, Rusiya və Slovakiya nümayəndələri Ukraynanın Rusiyadan neft tranzitini dayandırması ilə bağlı telefon danışığı aparıblar. 

HİT.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto öz "Facebook" səhifəsində məlumat verib.

"Biz neft tədarükümüzün uzunmüddətli təhlükəsizliyini təmin etmək üçün işimizi davam etdiririk. Ona görə də bu gün səhər mən rusiyalı həmkarım Sergey Lavrov və slovakiyalı naziri Yuray Blanarla vəziyyəti yenidən telefonla müzakirə etdim", deyə XİN başçısı qeyd edib.

Siyarto həmçinin Ukraynanı Avropa İttifaqı ilə assosiasiya sazişini pozmaqda ittiham edib və vurğulayıb ki, Macarıstan tətbiq edilən məhdudiyyətlərə baxmayaraq neft tədarükünün sabitliyini təmin etmək üçün mümkün hüquqi və texniki həlləri nəzərdən keçirir.

Bundan əvvəl Macarıstanın baş nazirinin ofisinin rəhbəri Qergeli Qulyas bildirib ki, Kiyev Rusiya neftinin tranzitindən təsir vasitəsi kimi istifadə edərək Macarıstan və Slovakiyanı şantaj edir. Ukrayna prezidentinin müşaviri Mixail Podolyak cavabında vurğulayıb ki, neft tranzitinin dayandırılması şantaj deyil və bu ölkələr Ukraynada sülh prosesinə töhfə vermir və yalnız Rusiyadan güzəştə getməkdə israrlıdır.

Samir
 

0