Çin ABŞ seçkilərinə müdaxilə iddialarını rədd edir

DÜNYA
19:00 / 30.07.2024
199

Çin ABŞ seçkilərinə müdaxilə ittihamlarını rədd edir və yalan məlumatların yayılmasına son qoymağa çağırır. 

HİT.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cyan bildirib.

Diplomat qeyd edib ki, Çin ABŞ seçkilərinə heç vaxt müdaxilə etməyib və etməyəcək. O, Çini ləkələyən yalan məlumat və böhtanların yayılmasına son qoymağa çağırıb.

Bu, ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Reyin Çin, Rusiya və bir sıra digər ölkələrin Amerikanın seçki proseslərinə müdaxilə cəhdlərini davam etdirdiyini söyləyən sözlərinə cavab olub.

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov, öz növbəsində FTB rəhbərinin bəyanatını "ABŞ administrasiyasının adi vətəndaşların diqqətini öz səhvlərindən və Amerika cəmiyyətinin çoxsaylı daxili ziddiyyətlərindən yayındırmaq istəyi ilə və qəti şəkildə əlaqələndirib, Moskvaya qarşı irəli sürülən ittihamları rədd edib.

Bundan əvvəl "AP News" yazıb ki, Kreml ABŞ prezidentlik yarışı ilə bağlı dezinformasiya yaymaq üçün heç şübhəsiz adi amerikalılara və Rusiya Federasiyasındakı kommersiya PR firmalarına müraciət edir.

Bazar ertəsi yüksək rütbəli kəşfiyyat rəsmiləri Amerikanın rəqiblərinin 2024-cü il seçkiləri ərəfəsində ictimai rəyə təsir etmək cəhdlərini təfərrüatlandıraraq deyiblər: "Kreml bilmədən ABŞ prezidentliyi yarışı ilə bağlı dezinformasiya yaymaq üçün amerikalılara və Rusiya Federasiyasındakı kommersiya PR firmalarına müraciət edir".

Kəşfiyyat rəsmilərinin fikrincə, Rusiya Federasiyası, Çin və İranın seçkilərə etimadı sarsıtmaq üçün interneti Amerika demokratiyası haqqında yalan bəyanatlarla doldurmaq əzmi dəyişməz olaraq qalır.

"Amerika ictimaiyyəti başa düşməlidir ki, internetdə, xüsusən də sosial mediada oxuduqları məzmun həm amerikalılardan, həm də ABŞ-dan gələn kimi görünsə belə, xarici təbliğat ola bilər", deyə Milli Kəşfiyyat İdarəsinin rəsmisi bildirib.

Samir
 

0