ABŞ ordusu Rusiyada oğurluq və qətllə hədələmə ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrum edilən çavuş Qordon Blekin maaşını ödəməyi dayandırıb.
HİT.az xəbər verir ki, bu barədə “Reuters” ABŞ rəsmilərinə istinadən yazıb.
Agentliyin məlumatına görə, amerikalı əsgər vətənə qayıdandan sonra ABŞ-da mühakimə oluna bilər. Nəşrin həmsöhbətlərindən birinin dediyi kimi, may ayında hərbçilər sakitcə Qordon Blekin maaşını, o cümlədən mənzil pulunu ödəməyi dayandırmaq qərarına gəliblər.
“34 yaşlı baş çavuş Qordon Blek Rusiyada oğurluq və ölümlə hədələməkdə təqsirli bilinib. Lakin o, əvvəlcə Vladivostoka hərbi icazə olmadan gedib və ora çatmaq üçün Çindən keçərək bir sıra ordu qaydalarını pozub. Onun orduda qadağan olunan nikahdankənar münasibəti də olub", deyə nəşr yazır.
"Reuters" qeyd edir ki, o, maaş və müavinət almadan xidmətdə qalır. Eyni zamanda, Amerika ordusu onun ailə üzvləri üçün tibbi imtiyazları və imtiyazları saxlayır.
ABŞ ordusunun çavuşu Qordon Blek rusiyalı tərəfdaşını öldürməklə hədələməkdə və ondan 10 min rubl oğurlamaqda təqsirli bilinib. Ona 3 il cəıza verilib və ümumi rejimli koloniyaya göndərilib. İyulun 4-də Vladivostok şəhərinin Pervomayski rayon məhkəməsinə ABŞ vətəndaşı Qordon Blekin vəkilinin iyunun 19-da çıxarılmış təqsirli hökmündən apellyasiya şikayəti daxil olub.
Samir