Ölkənin şərqindəki hərbi bazaya səfəri zamanı Sudan Suveren Şurasının rəhbəri Əbdülfəttah əl-Burhana qarşı sui-qəsd cəhdi olub.
HİT.az xəbər verir ki, bu barədə Sudanın “Sudan Tribune” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, əl-Burhan hərbi tələbələr üçün keçirilən buraxılış mərasimində iştirak edərkən qəfildən ona pilotsuz uçuş aparatı atılıb.
Sudanda hökumətin mülki və hərbi komponentləri arasında münasibətlər 2020-ci ilin sentyabrında baş vermiş uğursuz çevriliş cəhdindən sonra gərgin olaraq qalır. Hərbçilər baş nazir Abdalla Hamdokun keçid hökumətini istefaya göndərib fövqəladə vəziyyət elan edən 2021-ci ilin oktyabrından bəri Sudanda hökumət fəaliyyət göstərmir. Sudanın Keçid Suveren Şurası ölkənin paytaxtı Xartumda yerləşən hökumətin icra orqanı kimi yaradılıb.
2024-cü ilin fevralında BMT-nin Sudanda Keçid Dəstəyi Missiyası (UNITAMS) kontingentinin ölkədən çıxarılmasını başa çatdırıb.
Samir