ABŞ Ukraynanın Avropadakı müttəfiqlərindən alacağı F-16 qırıcılarını Amerika istehsalı olan raketlərlə təchiz etməyə razılaşıb.
HİT,az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
ABŞ-ın təmin edəcəyi F-16-la üçün silahlara AGM-88 HARM hava-yer raketləri, JDAM uzun mənzilli idarə olunan bombalar və GLSDB kiçik dəqiqlikli döyüş sursatları daxildir.
ABŞ həmçinin AMRAAM orta mənzilli hava-hava raketlərini və AIM-9X qısa mənzilli raketlərini ötürməyi planlaşdırır.
WSJ həmsöhbətləri təhlükəsizlik baxımından F-16-ların Ukraynaya çatdırılmasının konkret şərtlərini açıqlamaqdan imtina ediblər, lakin qeyd ediblər ki, qeyd olunan raket və sursatların məhdud ehtiyatlarına baxmayaraq, Ukrayna ən təcili ehtiyacları ödəmək üçün kifayət qədər alacaq.
Avstriya Silahlı Qüvvələrinin polkovniki, Teresyan Hərbi Akademiyasının Zabitlərin Hazırlığı İnstitutunun rəhbəri Markus Raysner bildirib ki, F-16 qırıcıları bir növ “wunderwaffe” (möcüzə silahı) deyil, onların Ukraynaya çatdırılması əsasdır. Ukraynanın kritik infrastrukturunun qorunmasına, eləcə də Rusiya döyüş təyyarələrinin Rusiya Federasiyasının dərinliklərində mümkün yerdəyişməsinə və beləliklə, Rusiya tərəfindən idarə olunan aviasiya bombalarının (UAB) istifadəsinin azalmasına mühüm töhfədir.
Samir