Polşa hakimiyyəti Belarusla sərhəddə Birinci Legion Piyada Diviziyasının mexanikləşdirilmiş briqadasını yerləşdirmək qərarına gəlib.
HİT.az xəbər verir ki, bu barədə ölkənin milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.
"Son günlər mühüm qərar qəbul edildi. Məhz burada, indi olduğumuz Bialistokda Birinci Legion Piyada Diviziyasının mexanikləşdirilmiş briqadası yerləşdiriləcək", o, sərhəddə xidmət edən Polşa hərbçiləri ilə görüşdə deyib.
Kosinyak-Kamış əlavə edib ki, yeni diviziyanın formalaşması bir neçə il çəkə bilər. Polşa-Belarus sərhədinin sabit mühafizəsi üçün Polşa ordusunda təxminən üç min hərbi qulluqçudan ibarət texnika ilə təchiz edilmiş mexanikləşdirilmiş briqadanın Bialystokda yerləşdirilməsi zəruridir.
Diviziyanın Amerikanın “Abrams” tankları, eləcə də Cənubi Koreyanın K-2 tankları ilə silahlanması planlaşdırılır. Bundan əlavə, onun tərkibinə Polşa istehsalı olan “Krab” özüyeriyən haubitsaları, eləcə də Cənubi Koreyanın K-9-ları və pilotsuz kəşfiyyat sistemləri olan artilleriya briqadası da daxil olacaq.
Bundan əvvəl Polşanın Belarusla sərhəddə hərbi personalının sayını demək olar ki, üç dəfə artıracağı bildirilirdi. Missiya avqustun 1-də başlayacaq. Bu vaxta qədər iki əməliyyat - təlim və sərhəd mühafizəsi başa çatacaq.
Samir