Litva prezidenti: "Macarıstanı Avropa üçün təhlükəsizlik risklərini artırır"

DÜNYA
18:59 / 01.08.2024
230

Litva prezidenti Gitanas Nauseda Budapeştin Rusiya və Belarus vətəndaşları üçün viza rejimini yüngülləşdirmək qərarından sonra Macarıstanı Avropa üçün təhlükəsizlik risklərini artırmaqda ittiham edib. 

HİT.az bu barədə LRT-ə istinadən xəbər verir.

Onun sözlərinə görə, Macarıstanın birtərəfli qərarı dəyərlərə, həmrəylik prinsiplərinə və Avropa İttifaqı razılaşmalarına ziddir. Nauseda hesab edir ki, Macarıstan ruslara və belaruslara Avropanı gəzməyə icazə verməklə qitə üçün təhlükəsizlik risklərini artırır.

İyulun 30-da məlum olub ki, Avropa Komissiyası Rusiya və Belarus vətəndaşları üçün viza rejiminin yumşaldılması məsələsi ilə bağlı Macarıstandan açıqlama gözləyir. Buna səbəb Rusiya Federasiyası və Belarus Respublikası da daxil olmaqla səkkiz ölkənin vətəndaşlarına Macarıstana təhlükəsizlik yoxlamaları və ya digər məhdudiyyətlər olmadan daxil olmağa imkan verən sürətləndirilmiş viza prosedurunun yeni qaydaları olub.

Avropa Xalq Partiyasının lideri Manfred Veber Avropa Şurasının rəhbəri Şarl Mişele məktubla müraciət edərək, bu məsələdə Macarıstana təsir göstərməyə çağırıb.

Samir

0