Tramp: "Hər kəsin elektrik avtomobilinə sahib olmasının əleyhinəyəm"

DÜNYA
23:31 / 01.08.2024
256

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp milyarder İlon Maskın dəstəyinə baxmayaraq, hər kəsin elektrikli avtomobilə sahib olmasının əleyhinə olduğunu bildirib. 

HİT.az bu barədə "Reuters"ə istinadən xəbər verir.

Tramp çərşənbə günü Çikaqoda Qara Jurnalistlərin Milli Assosiasiyasının (NABJ) konfransında çıxışı zamanı deyib: "İlon Mask məni dəstəklədi və o, mənim dostumdur. Lakin mən hamının elektrik avtomobilinə sahib olmasının əleyhinəyəm".

Nəşr qeyd edir ki, bir neçə il əvvəl eks-prezidentlə iş adamı arasında kifayət qədər gərgin münasibətlər olub - onlar açıq şəkildə bir-birini təhqir ediblər. Ancaq indi Tramp və Maskın yaxşı münasibəti var.

Xatırladaq ki, may ayında Maskın Ağ Evə qayıdacağı təqdirdə Trampın müşaviri olacağı xəbəri yayılmışdı.

Samir

1