"Moldova prezidenti Maya Sandu seçki debatlarında iştirak etməkdən qorxur, çünki onun ölkə əhalisinə və siyasi rəqiblərinə deyəcək sözü yoxdur".
HİT.az xəbər verir ki, bunu Moldovanın eks-prezidenti İqor Dodon deyib.
"O, seçki debatlarında iştirak etməkdən qorxur, çünki nə rəqiblərinə, nə də xalqa deyəcək heç nəyi yoxdur", deyə Dodon qeyd edib.
Dodon xatırladıb ki, indiki Moldova hakimiyyətinin tez-tez demokratiya nümunəsi kimi göstərdiyi ABŞ-da bu yaxınlarda hazırkı lider Co Baydenlə ABŞ-ın keçmiş prezidenti Donald Tramp arasında debat baş tutub.
Bundan əlavə, Moldovanın keçmiş prezidenti 2016-cı ildə Sandu ilə debatdan bir epizodu xatırladıb, o, ona moldovalı bankir, hazırda müxalif siyasətçi İlan Şorun təyyarəsində Dohaya uçuşunu xatırladıb. "Sonra qızardı və az qala ağlayacaqdı", deyə Dodon bildirib.
Qeyd edək ki, 2020-ci ildə Qərbyönlü Fəaliyyət və Həmrəylik Partiyasının lideri Maya Sandu Moldova prezidenti seçilib. Siyasi qüvvə bir il sonra növbədənkənar seçkilərdən sonra parlamentdə çoxluq qazanaraq Avropa İttifaqı və ABŞ-la yaxınlaşma siyasətini gücləndirə bilib. 2022-ci ildə Moldova Ukrayna ilə birlikdə Aİ-yə üzv olmaq üçün namizəd statusu alıb.
Samir