Yunanıstanın turistik adalarından biri də Santorinidir.
Ölkə.Az xəbər verir ki, gözəl ağ evlər və mavi dəniz mənzərəsi bir çox ölkələrdən turistləri cəzb etsə də, həqiqət o qədər də ürəkaçan deyil.
Sosial şəbəkələrdəki gözoxşayan fotoların heç də həqiqəti əks etdirmədiyi bildirilir.
Buna səbəb isə adada küçələrin hədsiz dar olması və turist axınının çoxluğudur. Belə ki, küçələr ensiz olduğundan təpələrdə gün batımı fotoları çəkmək istəyən turistlər hər gün müəyyən aralıqlarda tıxac yaradır və hərəkəti çətinləşdirir.
Bundan əlavə, adaya səyahət edənlərin saatlarla günün istisində gəmi növbəsində gözlədiyi bildirilir.
Məlumata görə, bəzi günlərdə adaya gələn turistlərin sayı 17 mini ötür. Adanın öz nüfuzu 15 min olduğundan ərazidə çətinlik yaradır.
Ötən il adaya 3.5 milyon turistin səfər etdiyi bildirilir.