ABŞ Dövlət Departamenti Talibana və ya terrorla əlaqəli şəxslərə ehtiyatsızlıqdan 293 milyon dollar maliyyə ayırdığını etiraf edib.
HİT.az xəbər verir ki, bu barədə Breitbart saytı Əfqanıstanın Yenidənqurulması üzrə Xüsusi Baş Müfəttişin hesabatına istinadən yazır.
Sənədə əsasən, Demokratiya, İnsan Haqları və Əmək Bürosu və Narkotiklərlə Mübarizə və Hüquq-Mühafizə İşləri Bürosu proqramlarının Dövlət Departamentinin tövsiyələrinə necə uyğun gəldiyini göstərən sənəd təqdim etməyib.
Xüsusilə, hər iki Büro Amerika qrantlarının ayrıldığı tərəfdaşların yoxlanılması ilə bağlı sənədlər təqdim etməyib.
Bununla bağlı hesabatda qeyd edilir ki, Vaşinqton vergi ödəyicilərinin pullarını Əfqan xalqının xeyrinə yönəlmiş proqramlara xərcləməyə davam etsə də, hökumətin yardımdan əslində kimin faydalandığını bilməsi vacibdir. Sənəddə deyilir ki, bu, vəsaitlərin Taliban və ya sanksiyalar altında olan tərəflərə yönəldilməsinin qarşısını almaq üçün lazımdır.
Taliban 15 avqust 2021-ci ildə Əfqanıstanda tam nəzarəti ələ keçirəcəklərini açıqlayıb. TƏşkilat ölkənin bütün böyük şəhərlərini və sərhəd keçid məntəqələrini ələ keçirib. Ardınca yaraqlılar ölkədə tam qələbə qazandıqlarını elan edərək yeni hökumət qurublar. 31 avqust 2021-ci ildə Birləşmiş Ştatlar Əfqanıstandakı hərbi kontingentini tamamilə çıxararaq ölkədəki 20 illik hərbi missiyasını başa vurub.
Samir