İsmayıl Haniyəni İran kəşfiyyatçıları öldürüb?

DÜNYA
13:25 / 05.08.2024
203

Tehranda Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə qarşı hücum təşkil etmək üçün İran kəşfiyyatçılarının cəlb edilməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. 

HİT.az İRNA-ya istinadən xəbər verir ki, bunu parlament komissiyasının rəsmi nümayəndəsi İbrahim Rezai deyib.

Onun sözlərinə görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Əl-Qüds xüsusi təyinatlı qüvvələri komandirinin kəşfiyyat işləri üzrə müavini İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının qapalı iclası zamanı bu məlumatı təkzib edib. Rezaei həmçinin istintaqla ağlı başqa bir hesabat təqdim edib.

"Qüds qüvvələri komandirinin müavini vurğulayıb ki, şəhid İsmayıl Haniyənin öldürülməsi sızma nəticəsində deyil və bu insidentdə sızma məsələsi müzakirə edilmir", deyə Rezai bildirib.

Bu yaxınlarda məlum olub ki, İsrail kəşfiyyat xidməti MOSSAD Tehranda HƏMAS siyasi bürosu rəhbərinin qaldığı qonaq evinə partlayıcı qurğu yerləşdirmək üçün İranın təhlükəsizlik rəsmilərini işə götürüb.

Qeyd edək ki, HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Tehrnda öldürülb. İran buna görə İsraili ittiham edib və qisas alacağını bildirib. Bir sıra ölkələr, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, Kanada, Azərbaycan öz vətəndaşlarını Livanı mümkün qədər tez tərk etməyə çağırıb. Ukrayna artıq 30 vətəndaşını Livandan təxliyə edib.

Samir

0