Nensi Pelosi Baydeni Raşmor dağına əlavə etməyə çağırdı

DÜNYA
18:06 / 05.08.2024
209

ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi deyir ki, prezident Co Bayden Raşmor dağında yer almağa layiqdir. 

HİT.az xəbər verir ki, o, bu barədə CBS News-a müsahibəsində danışıb.

Jurnalist ona Baydenin keçmiş ABŞ lideri Abraham Linkoln ilə birlikdə həqiqətən də Raşmor dağında yer alıb-almamamağa layiq olması ilə bağlı sual verib.

"Raşmor dağında artıq Teodor Ruzvelt var və o, gözəldir. Mən onu götürməyi təklif etmirəm, amma Baydeni də ora əlavə etmək yaxşı olardı", deyə Nümayəndələr Palatasının keçmiş spikeri bildirib.

Pelosi Baydenin ardıcıl prezident olduğunu vurğulayıb və NATO sammiti zamanı onun güclü rəhbərliyini mühüm nailiyyətlərindən biri kimi vurğulayıb.

İyulun 21-də Co Bayden seçki yarışını tərk etdiyini açıqlayıb. O, müddətin sonuna qədər bütün diqqətini üzərinə düşən vəzifələri yerinə yetirməyə yönəldəcək. Bayden ölkənin hazırkı vitse-prezidenti Kamala Harrisi demokratlardan dövlət başçısı postuna varisi kimi təqdim edib. Onun rəqibi Respublikaçılardan Donald Tramp olacaq.

Qetd edək ki, ABŞ-ın dörd tanınmış prezidentinin abidəsi Raşmor dağında yer alır. Memorial üzərində Corc Vaşinqton, Tomas Cefferson, Teodor Ruzvelt və Abraham Linkolnun portretləri olan 18,6 metr hündürlüyündə qranit barelyef yerləşdirilib. Onun yaradılması 1927-ci ildən 1941-ci ilə qədər heykəltəraş Qutzon Borqlumun rəhbərliyi ilə baş tutub və ABŞ-ın yaranmasının 150 illiyinə həsr olunub. 

Abidə Cənubi Dakota ştatının Keystone şəhərindən cənub-qərbdə, Blak Hillsdə yerləşir. Amerikanın müstəmləkəçiliyinə qədər, bu ərazidə yaşayan lakotalıların dili ilə bu dağ "Altı ata" adlanırdı. Lakin 1930-cu ildə bu əraziyə ilk dəfə 1885-ci ildə səfər etmiş amerikalı iş adamı və ekspedisiya təşkilatçısı Çarlz Raşmorun şərəfinə adlandırılıb.

Samir

0