İran Yaxın Şərqdə eskalasiyanı istəmir, lakin HƏMAS Siyasi Bürosunun lideri İsmayıl Haniyəni öldürdüyünə görə İsraili cəzalandırmaq niyyətindədir.
HİT.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.
İran Xarici İşlər Nazirliyi vurğulayıb ki, Tehran regionda qeyri-sabitliyin daha da qarşısını almaq üçün İsraili cəzalandırmalıdır.
Yəhudi dövlətinin baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman xəbərdarlıq edib ki, İsrail həm müdafiə, həm də hücumda İranla bağlı vəziyyət ətrafında istənilən inkişafa hazırdır. O qeyd edib ki, İsrail istənilən ssenari üçün yüksək hazırlıq vəziyyətinə gəlir. Gendelman bildirib ki, yəhudi dövləti istənilən istiqamətdən təcavüzə cavab olaraq çox ağır zərər verəcək.
Bundan əvvəl İsrailin İran və Hizbullahın çoxgünlük hücumuna hazırlaşdığı bildirilirdi. Bu hücumun məqsədinin İDF-ni tükəndirmək cəhdi olduğu bildirilir.
ABŞ və İsrail rəsmiləri İranın avqustun 5-də yəhudi dövlətini vuracağını bildiriblər.
Qeyd edək ki, HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Tehrnda öldürülb. İran buna görə İsraili ittiham edib və qisas alacağını bildirib. Bir sıra ölkələr, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, Kanada, Azərbaycan öz vətəndaşlarını Livanı mümkün qədər tez tərk etməyə çağırıb. Ukrayna artıq 30 vətəndaşını Livandan təxliyə edib.
Samir