Politoloq: "İranın nüvə silahı əldə etməsi ilə bağlı fərziyyə blefdir"

DÜNYA
19:53 / 05.08.2024
200

"İran parlamentinin 12-ci çağırış deputatı Əhməd Ərdəstaninin Tehranın nüvə silahı əldə etməsi ilə bağlı fərziyyəsi blefdir".

HİT.az xəbər verir ki, bunu politoloq və şərqşünas, İranın nüvə problemi üzrə mütəxəssisi Vladimir Sajin bildirib.

"Bütün 45 il ərzində, daha dəqiq desək, 2002-2003-cü illərdə İranın nüvə proqramının intensivləşməsindən bəri, demək olar ki, dünyanın bütün kəşfiyyat xidmətləri İranın nüvə proqramının hər addımını diqqətlə izləyib. Xarici kəşfiyyat xidmətlərinin və MAQATE-nin nəzarətindən kənarda sadəcə bomba düzəltmək çox çətindir", deyə ekspert qeyd edib.

Bundan əlavə, onun sözlərinə görə, İran Pakistandan nüvə başlıqları ala və bunu gizli saxlaya bilməz. Sajin qeyd edib ki, İrana nüvə dövləti olmaq üçün daha 2-3 il vaxt lazımdır.

Bundan bir gün əvvəl İran parlamentinin 12-ci çağırış deputatı, İranın milli təhlükəsizlik və xarici siyasət üzrə parlament komissiyasının keçmiş üzvü Əhməd Ərdəstani Tehranın nüvə silahı əldə etdiyini irəli sürmüşdü. 

Samir
 

0