"Bloomberg" rəhbərliyi Rusiya və ABŞ arasında məhbus mübadiləsi ilə bağlı məqaləni vaxtından əvvəl dərc etdiyinə görə agentliyin əməkdaşını işdən çıxarıb.
Bu, baş redaktor Con Mikletveytin redaktorlara yazdığı məktubdan məlum olub.
"The Wall Street Journal" baş redaktorun yazdığı məktubdan bir hissəni dərc edib:
"Bizim materialımız məhbus mübadiləsinə heç bir şəkildə təsir etməsə belə, bu, redaksiya standartlarının açıq şəkildə pozulması idi".
Qeyd edək ki, jurnalitin yazdığı məqalədə deyilirdi ki, artıq mübadilə olub və Gerşkoviç azad edilib.//BAKU.WS