Britaniyanın müdafiə layihələri təhlükə altındadır

DÜNYA
19:57 / 06.08.2024
195

ABŞ-ın yarımkeçirici istehsalçısı "Coherent"in Böyük Britaniyadakı zavodunun bağlanması Britaniyanın müdafiə layihələrinə təhlükə yarada bilər. 

HİT.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.

Məqalədə deyilir: “İngiltərənin məxfi hərbi layihələri ölkədə qalan son mikroçip fabriklərindən birinin bağlanması təhlükəsi ilə relsdən çıxa bilər”.

Şirkət "Apple" ilə əməkdaşlığa son qoyduğu üçün bağlana bilər. "Coherent" öz ərizəsində bildirib ki, texnologiya müqavilələrinin itirilməsi onun həyat qabiliyyətini şübhə altına alır. Hazırda şirkət istehsalata yeni texnologiyaların tətbiqi və ya biznesin satışı variantlarını nəzərdən keçirir.

"Coherent"in mühüm müştəriləri arasında krallıqda radar sistemləri, elektron döyüş cihazları və helikopterlər istehsal edən İtalyan mühəndislik qrupu Leonardo da var. Zavod həmçinin "Tayfun" döyüş təyyarələri və Britaniyanın digər hərbi layihələri üçün çiplər tədarük edirdi.

Nəşr vurğulayır ki, zavod bağlanarsa, "Leonardo" tədarükçüləri başqa ölkələrdə axtarmağa məcbur olacaq və Böyük Britaniyanın yarımkeçiricilər sektorunda istehsal potensialı azalacaq.

Bundan əvvəl Böyük Britaniyanın Müdafiə Nazirliyinin rəhbəri Con Hili uzun illər ordunun kifayət qədər maliyyələşdirilməməsi səbəbindən ölkənin irimiqyaslı münaqişəyə hazır olmadığını bəyan etmişdi.

Samir
 

0