"İran HƏMAS liderlərindən birinin qisasını almaq və reputasiyasını xilas etmək üçün İsrailə aprel hücumunu təkrarlamağa cəhd edə bilər".
HİT.az xəbər verir ki, bunu “Vzqlyad” qəzetinə Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Vladimir Sajin bildirib.
Onun fikrincə, İran tərəfi çoxlu sayda raket və pilotsuz təyyarələrin buraxılışını təşkil edəcək, lakin İsrailin hava hücumundan müdafiə sistemləri hücumları dəf edəcək.
“Belə yanaşma Tehrana öz reputasiyasını qorumağa kömək edəcək. Yaxın Şərq üçün müəyyən mənada fəaliyyətin özü faktiki nəticədən daha vacibdir. Xatırladım ki, keçən dəfə bir neçə dövlət İranın hücumunu dəf etmək üçün Təl-Əvivə kömək edib. Yəni regional oyunçular da qlobal qarşıdurmada maraqlı deyil", deyə Sajin bildirib.
Ekspert əlavə edib ki, İran həmçinin regional müttəfiqlərə - Hizbullah və Husilərə maddi yardımı artırmağa, eləcə də onlara silah tədarük kanallarını genişləndirməyə çalışacaq.
Avqustun 6-da İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə söhbətində bildirib ki, Tehran HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyəni itirdikdən sonra İsrailə cavab vermək niyyətindədir. Eyni zamanda, Pezeşkian qeyd edib ki, İran Yaxın Şərqdəki vəziyyəti sarsıtmağa, regionda müharibə və böhranın miqyasını genişləndirməyə çalışmır.
Samir