Bayden və Harrisin siyasəti nəticəsində 100-ə yaxın terrorçu ABŞ-a daxil olub - İDDİA

DÜNYA
18:38 / 06.08.2024
205

ABŞ-ın terrorçu siyahısında olan 100-ə yaxın adam 2021-2023-cü illər arasında Co Bayden və onun vitse-prezidenti Kamala Harrisin siyasəti nəticəsində ABŞ-a daxil olub. 

HİT.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin "Fox News" tərəfindən nəzərdən keçirdiyi hesabatında deyilir.

Materialda qeyd edilir ki, Bayden administrasiyası dövründə ABŞ-ın cənub-qərb sərhəddində terrorçular siyahısında olan 250-dən çox qeyri-qanuni miqrant saxlanılıb, onlardan ən azı 99 nəfərinin ölkəyə buraxılmasına icazə verilib. Daha 34 immiqrant saxlanılır, lakin ABŞ-dan çıxarılmır.

Bundan əlavə, hesabatda deyilir ki, məlumatlar Bayden və Harrisin razılığı ilə ölkəyə daxil olan iki milyona yaxın miqrant arasında potensial terrorçuların naməlum sayını nəzərə almır.

Bundan əvvəl Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın oğlu kiçik Donald Tramp demokratların Amerika vətəndaşlarını deyil, miqrantları səs verməyə təşviq edən siyasət yürütdüyünü qeyd etmişdi. O, ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasının namizədi Kamala Harrisi "sərhəd kraliçası" və onun siyasətini “dağıdıcı” hesab edirdi.

Samir

0