Almanlar erkən seçkilərin keçirilməsini istəyir

DÜNYA
21:38 / 07.08.2024
171

Sorğuda iştirak edən Almaniya vətəndaşlarının yarıdan çoxu erkən seçkilərin keçirilməsinin tərəfdarıdır. 

HİT.az xəbər verir ki, bu, "Insa" ictimai rəy tədqiqat institutunun "Bild" üçün keçirdiyi sorğunun nəticəsidir.

Araşdırmaya görə, sorğuda iştirak edən almanların 53%-i növbədənkənar seçkilərin keçirilməsinin tərəfdarıdır. Respondentlərin 37%-i hazırkı hakimiyyətin sonunu gözləməyə hazırdır. Digər 10% isə öz nöqteyi-nəzəri ilə bağlı qərar verə bilməyib.

Sorğunun nəticələrinə görə, Yaşıllar Partiyası tərəfdarlarının 74%-i və Almaniya Sosial Demokrat Partiyasını dəstəkləyənlərin 78%-i növbəti seçkilərə qədər Olaf Şoltsun hakim koalisiyasının saxlanmasının tərəfdarıdır. Almaniya Azad Demokrat Partiyasının tərəfdarlarının 43%-i erkən səsvermənin tərəfdarı olub.

Bundan əvvəl Almaniya Sosial Demokrat Partiyasını təmsil edən Olaf Şolts partiyasının 2025-ci ildə keçiriləcək parlament seçkilərində yenidən qalib gələcəyinə əminliyini ifadə edib. Onun sözlərinə görə, SPD bütün proqnozların əksinə olaraq Bundestaqa əvvəlki seçkilərdə qalib gəlib. Şolts bildirib ki, partiya növbəti federal seçkilərdə qalib gələ bilər.

Samir
 

0