İran İsrailə qarşı hücumda Qüds və Təl-Əvivdəki hökumət binalarını, o cümlədən baş nazir Benyamin Netanyahunun ofisi və parlamenti vurmağı planlaşdırır.
HİT.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin “Defapress” portalı yazıb.
Materialda mümkün hədəflər arasında Tel-Əvivdəki Ben-Qurion hava limanı, Hayfa hava limanı və yəhudi dövlətinin cənubundakı Ramon hava limanının da adı çəkilir. Bundan əlavə, 8 hava bazası, 3 liman və bir sıra enerji infrastrukturu obyektləri hədəfə çevrilə bilər.
"Yuxarıda qeyd olunan saytlar sionist rejimin ən həyati və həssas saytlarıdır", deyə mətndə qeyd edilib.
O, həmçinin hücumun tezliklə baş verəcəyini qeyd edir.
Bir gün əvvəl İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə söhbətində bildirib ki, Tehran HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin ləğvi üçün İsrailə cavab vermək niyyətindədir. Eyni zamanda, Pezeşkian qeyd edib ki, İran Yaxın Şərqdəki vəziyyəti sarsıtmağa, regionda müharibə və böhranın miqyasını genişləndirməyə çalışmır.
Samir