İsrailin İrana qabaqlayıcı zərbə endirməsi istisna oluna bilməz.
HİT.az xəbər verir ki, bu barədə Fələstinin HƏMAS hərəkatının İrandakı nümayəndəsi Xalid əl-Qəddumi "RİA Novosti"yə danışıb.
Əl-Qədduminin fikrincə, belə bir addım ikiqat axmaqlıq olardı, çünki bu, hücum edən tərəf üçün ciddi nəticələrə səbəb ola bilər.
"Heç nəyi istisna etmək olmaz, çünki İsrail bütün ağlabatan sərhədləri - qanuna hörmət adlandırıla bilən hər şeyi keçib. Bununla belə, mənim fikrimcə, bu, ikiqat axmaqlıq olardı", deyə HƏMAS nümayəndəsi bildirib.
Bundan əvvəl "Al Arabiya" telekanalı məlumat yayıb ki, ABŞ HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə İrandan və Livanın "Hizbullah" hərəkatından avqustun 8-9-da cavab gözləyir.
"İlkin qiymətləndirmələr həftənin əvvəlində bir hücumun olacağını proqnozlaşdırdı, lakin son kəşfiyyat hər hansı cavabın cümə axşamı və ya cümə axşamına qədər təxirə salına biləcəyini göstərir", deyə bildirilib.
Mənbə qeyd edib ki, ABŞ rəsmiləri İranın cavabının formasını müəyyən etməyə, həmçinin bunun "Hizbullah", yaxud İraq və ya Yəməndəki digər qruplarla koordinasiyalı hücumu əhatə edib-etməməsini müəyyənləşdirməyə çalışırlar.
Kanal xatırladır ki, "Hizbullah" lideri Həsən Nəsrullah həm İranın, həm də "Hizbullah"ın cavab zərbəsi endiriləcəyini açıqlayıb, lakin bir neçə cəbhəni əhatə edən genişmiqyaslı koordinasiyalı hücum ehtimalını açıq qoyub.
Samir