İngilislər Rusiya və Çinin kosmosdakı hərəkətlərini izləyəcək

DÜNYA
19:59 / 08.08.2024
260

Böyük Britaniya Rusiya və Çindən gələn peyklərin monitorinqi üçün Uelsdə radiolokasiya stansiyası qurmağı planlaşdırır.

HİT.az xəbər verir ki, bu barədə "Daily Telegraph" yazıb.

Nəşrin məlumatına görə, Deep Space Advanced Radar Capability (DARC) kimi tanınan yeni radar sistemi Pembrokeşirdəki keçmiş Kral Hərbi Hava Qüvvələrinin Brodie bazasında yerləşəcək. Kompleksin əsas vəzifəsi kritik peyk rabitəsi və naviqasiya şəbəkələrini qorumaq olacaq.

Bu, AUKUS alyansı ölkələrinin birgə səylərinin bir hissəsidir. 2023-cü ilin dekabrında Avstraliya, Böyük Britaniya və ABŞ bütün hava şəraitində kosmik obyektlərin davamlı müşahidəsini və identifikasiyasını təmin edəcək DARC-nin yerləşdirilməsi planını açıqlayıb.

İyulda bildirilmişdi ki, AUKUS alyansı ölkələri kosmosda əməkdaşlığa başlamaq imkanlarını nəzərdən keçirirlər.

Samir

0