"Bəzi ekstremist ünsürlərə qarşı repressiyalardan sonra Qəzza zolağında sülh razılaşması şansı artıb".
HİT.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
Beyrutda Hizbullah komandiri Fuad Şükrü və Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə qarşı sui-qəsdin danışıqların gedişinə necə təsir edəcəyi ilə bağlı sualı cavablandıran siyasətçi şansların artdığını qeyd edib. O, əlavə edib ki, artıq mövcud olmayan bəzi ekstremist elementlər sövdələşməyə qarşı çıxıblar.
Haniyə iyulun 31-də səhər saatlarında İsrailin Tehrana hücumu nəticəsində dünyasını dəyişib. HƏMAS Siyasi Bürosunun rəhbəri ölkənin yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İran paytaxtına gəlib. Hücum zamanı Haniyənin qaldığı iqamətgaha raket düşüb. Nəticədə o və mühafizəçisi ölüb.
İyulun 30-da İsrail Müdafiə Qüvvələri Beyrutda Livan şiə Hizbullah hərəkatının yüksək rütbəli komandiri Fuad Şükrün yerləşdiyi əraziyə zərbələr endirib. Onun meyiti dağıntılar altında tapılıb.
Samir