Baş nazir BMT-dən yardım istədi

DÜNYA
19:28 / 28.05.2020
1200

Eastnews.org-un verdiyi xəbərə görə, İraq Baş Naziri Mustafa əl-Kazımi BMT Baş katibi Antonyo Quterres ilə telefon danışığı reallaşdırıb.

Bu barədə İraq Baş Nazirlik ofisi məlumat yayıb.

Məlumatda vurğulanır ki, Mustafa əl-Kazımi ölkədə Parlament seçkilərinin keçirilməsinin təşkilində BMT-dən yardım istəyib.

Qeyd olunub ki, əsas məqsəd həssas məqam olan iqtisadi böhran vaxtı suverenliyi və təhlükəsizliyi qoruyub saxlamaqdır.

0
Eastnews.org