KİV: ABŞ Rusiya ilə Türkiyə arasındakı münasibətlərdən qəzəblidir

20:00 / 09.08.2024
214

ABŞ Türkiyənin müharibə zamanı istifadə oluna bilən yüksək texnologiyalı məhsullarla yanaşı, Rusiya ilə aktiv ticarəti davam etdirməsindən qəzəblənir. 

HİT.az xəbər verir ki, bu barədə Almaniyanın “Berliner Zeitung” qəzeti yazıb.

"Türkiyənin Rusiya ilə zəngin ticarəti ABŞ-ı hiddətləndirir", deyə nəşr qeyd edib.

Almaniya qəzeti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasətini "ikili oyun" adlandırır. Qeyd olunur ki, son vaxtlar getdikcə daha çox Qərb şirkəti Rusiyanı tərk edir, Türkiyə bu baxımdan Moskva ilə iqtisadi əlaqələri əhəmiyyətli dərəcədə intensivləşdirib və bu da Qərbə təsirsiz ötüşmür.

Nəşr xatırladır ki, Birləşmiş Ştatlar artıq Rusiyaya sanksiyalardan yayınmağa kömək edən üçüncü ölkələrin şirkətlərinə qarşı ikinci dərəcəli məhdudiyyətlər tətbiq edib və bunun nəticəsində Türkiyənin Rusiyaya ixracı 2024-cü ilin birinci yarısında eyni dövrlə müqayisədə 30% azalıb. 

Bundan əvvəl ABŞ-ın Rusiyaya texnologiya ixracına görə Türkiyəni sanksiyalarla hədələdiyi bildirilirdi. Vaşinqton Türkiyənin Rusiya Federasiyasına Qərb istehsalı olan elektronikanın tədarükü üçün əsas kanala çevrilməsindən narahatdır. Söhbət hərbi məqsədlər üçün istifadə oluna bilən prosessorlar, yaddaş kartları, gücləndiricilər və digər avadanlıqlardan gedir.

Samir
 

0