Bayden Gürcüstan hakimiyyətinin hərəkətlərindən məyus olub

DÜNYA
15:04 / 09.08.2024
242

ABŞ prezidenti Co Bayden Gürcüstan lideri Salome Zurabişviliyə ölkədə xarici agentlər haqqında qanunun qəbulu fonunda Gürcüstan hakimiyyətinin demokratiya prinsiplərinə zidd hərəkətlərindən məyus olduğunu bildirib. 

HİT.az xəbər verir ki, bu barədə Amerika liderinin Gürcüstan prezidentinə ünvanladığı məktubda deyilir.

"Avroatlantik istəklərini ifadə etməkdə davam edən gürcü xalqının iradəsini qeyd etmək istərdim... Gürcüstan hökumətinin antidemokratik hərəkətləri məni məyus edir, buna misal olaraq xarici agentlər haqqında qanunu göstərmək olar", deyə Bayden bildirib.

Amerika prezidenti sözügedən qanunu “Kreml üslubunda” qəbul edilmiş adlandırıb, eyni zamanda yüksək vəzifəli Gürcüstan rəsmilərinin “yalan bəyanatlarını” tənqid edib.

Eyni zamanda, Baydenin sözlərinə görə, Tbilisi ilə Vaşinqton arasında münasibətlərin soyumasına baxmayaraq, ABŞ Gürcüstanın Avropa və Atlantik inteqrasiyasına sadiq qalır.

Samir
 

0