Milyardlarla dollarlıq sərvət daşıyan San Xosenin batdığı yerdə xəzinə tapıldı

DÜNYA
23:33 / 09.08.2024
260

Kolumbiya Antropologiya və Tarix İnstitutunun (ICANH) alimləri 1708-ci ildə Karib dənizində batmış İspaniyanın San Xose qalleonunun (Qaleonlar Portuqaliya və İspaniyada inkişaf etdirilən böyük, çoxmərtəbəli yelkənli gəmilərdir) qalıqlarının olduğu yerdən yeni artefaktların aşkar edildiyini açıqlayıblar. 

HİT.az ICANH-ın rəsmi saytına istinadən xəbər verir ki, qalıqların sualtı müayinəsi zamanı qızıl və digər əşyaların olduğu aşkarlanıb.

"Bu tədqiqatın nəticələri bizim biliyimizi əhəmiyyətli dərəcədə genişləndirən görünməmiş bir sıra arxeoloji sübutları ortaya qoyur", deyə araşdırmaya cavabdeh olan komanda bildirib.

Sualtı pilotsuz uçan aparatda qızıl əşyalarla yanaşı, küplər, şüşə butulkalar, çini, keramika, çuqun toplar və yelkənli qayıq lövbəri də tapılıb.

San Xose İspaniya donanmasının flaqmanı olub. Gəmi 8 iyun 1708-ci ildə Baru döyüşündə müasir Kolumbiyanın Kartaxena yaxınlığında ingilis donanması ilə döyüş nəticəsində batıb. 600 ekipaj üzvündən yalnız bir neçə dənizçi sağ qalıb.

Tarixi sənədlərə görə, qalleon Yeni Dünyadan İspaniya Kralı V Filipin sarayına apardığı xəzinə yükü ilə birlikdə batıb. Bu sərvətlərin dəyəri bugünkü məzənnə ilə milyardlarla ABŞ dolları ola bilər.

Kolumbiya ilk dəfə 2015-ci ildə San Xosenin kəşfini elan edib, o vaxta qədər xəzinə ovçuları uzun müddətdir gəmini axtarırdılar.

Samir

0