Rusiyada hava bombalarının istehsalı 55 dəfə artıb

DÜNYA
20:03 / 12.08.2024
261

Rusiya müharibə başlayandan bəri aviasiya bombalarının istehsalını 55 dəfə artırıb. 

HİT.az xəbər verir ki, bunu Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin rəhbəri Anton Əlixanov Ordu-2024 forumunun plenar iclasında deyib.

"Mən bütün diapazonu əhatə etməyəcəyəm, məsələn, tankların istehsalı münaqişənin əvvəlindən təxminən 7,5 dəfə, yüngül zirehli piyada döyüş maşınları, zirehli personal daşıyıcıları və piyada döyüş maşınları üçün 4,5-dən çox artıb. Yüksək dəqiqlikli silahlar üçün 3 dəfə, top artilleriyası üçün 15 dəfə, hava bombaları üçün - 55 dəfə artım var", deyə o bildirib.

Əlixanov qeyd edib ki, 2024-cü ilin birinci yarısını nəzərə alsaq, müharibənin başlanğıcından indiyədək müdafiə zavodlarına təxminən 700 min əlavə insan gəlib: "Və bu artımla müdafiə zavodlarının işçi sayı 3,8 milyona çatıb. Müasir Rusiya tarixində heç vaxt bizim belə kadr sayı olmayıb".

Bundan əlavə, hesablamalara görə, 900-ə yaxın mülki müəssisə hərbi və ikili təyinatlı məhsulların istehsalı ilə məşğuldur.

"Amma əslində əməkdaşlıq üçün daha çox tədarükçülər var, onların hamısını saymaq mümkün deyil. İstehsal sənayesinin iki sahəsinin bu unikal sinerjisi, əlbəttə ki, dövlət başçısının hərbi texnika istehsalının artırılması ilə bağlı tapşırıqlarının səmərəli həyata keçirilməsində də amildir", deyə Əlixanov vurğulayıb.

Samir
 

0