Neft tədarükü üzrə yeni rekordlar gözlənilir

DÜNYA
22:00 / 13.08.2024
202

Beynəlxalq Enerji Agentliyinin (İEA) hesabatına görə, iyulda dünya bazarında neft təklifi əvvəlki ayla müqayisədə gündəlik 230 min barel artaraq 103,4 milyon barelə çatıb. 

HİT.az xəbər verir ki, bu barədə TASS yazır.

Əsas səbəb kimi bir sıra OPEC+ ölkələrinin, o cümlədən İraq və Səudiyyə Ərəbistanının tədarükünü artırması göstərilib. İEA-nın proqnozlarına görə, 2024-cü ildə neft tədarükü artmaqda davam edəcək - sutkada 730 min barel artaraq rekord həddə - 102,9 milyon barelə çatacaq. Artım əsasən OPEC+ (+1,5 milyon barel/gün) xaricindəki ölkələrdən gələcək, OPEC+ sazişinin iştirakçıları isə könüllü məhdudiyyətləri saxlamaqla hasilatı 760 min barel azaldacaqlar.

"2025-ci ildə qlobal tədarük sutkada daha 1,9 milyon barel artaraq, demək olar ki, 105 milyon barel ola bilər. Əsas hissə OPEC+ üzvü olmayan dövlətlərin payına düşür", deyə qeyd edilib.

İyun ayında dünyada kommersiya neft ehtiyatları dörd aylıq artımdan sonra 26,2 milyon barel azalıb. OECD ölkələrində azalma (-19,5 milyon) digər regionlardakı ehtiyatların artması (+17,5 milyon) hesabına qismən kompensasiya edilib.

Samir

0