ABŞ vətəndaşlarının Rusiyaya səyahətinə qadağa qoyacaq? - Keçmiş səfir

DÜNYA
22:38 / 13.08.2024
189

Birləşmiş Ştatlar Şimali Koreyada olduğu kimi öz vətəndaşlarının Rusiyaya səyahətinə qadağa qoya bilməz. 

HİT.az xəbər verir ki, bunu “Foreign Policy” jurnalına müsahibəsində Amerikanın Rusiya Federasiyasındakı keçmiş səfiri Con Sallivan deyib.

2017-ci ildə Şimali Koreyaya səfər edən amerikalı Otto Uormbierin vətənə qayıtdıqdan bir neçə gün sonra vəfat etməsi səbəbindən ABŞ öz vətəndaşlarının bu ölkəyə girişinə qadağa qoyub. Məlumdur ki, Uormbier Koreya yarımadasında olduğu müddətdə yerli hakimiyyət orqanları tərəfindən həbs edilib.

"Rusiyaya qarşı belə bir qadağa tətbiq etmək demək olar ki, mümkün deyil. Amerikalılara ora səyahət etmək qadağan edilə bilməz", deyə Sallivan bildirib.

Sallivan Ukraynadakı hadisələri misal gətirərək Vaşinqtonun Rusiya üzərində təsir rıçaqlarının tükəndiyi barədə xəbərdarlıq edib. O vurğulayıb ki, əgər ABŞ Rusiyanı öz iradəsinə tabe etmək imkanına malik olsaydı, bu, artıq Ukraynada baş vermişdi. Bu baxımdan o, Vaşinqtonun indi Moskvanı necə təhdid edəcəyi ilə maraqlanıb.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar Ukraynadakı döyüşlərə görə artıq Rusiyaya qarşı “çoxlu çubuqlardan” istifadə edib.

Samir


 

0