"Avstriyada beynəlxalq terrorizmlə mübarizəni gücləndirmək lazımdır".
HİT.az "Kronen Zeitung" qəzetinə istinadən xəbər verir ki, bunu ölkənin federal kansleri Karl Nehammer deyib.
Bəyanatın amerikalı müğənni Teylor Sviftin konsertdə terror aktı törətməklə bağlı islamçı təhdidlərə görə ölkədəki qastrol səfərinin ləğvi fonunda verildiyi dəqiqləşir. Svift avqustun 8-dən 10-dək Vyanada 190 min bilet satılan üç konsert verməyi planlaşdırırdı.
Nehammerin üzvü olduğu Avstriya Xalq Partiyası (ANP) terrorizmlə mübarizə üçün yeni tədbirlər təklif edir - xüsusən də Avstriya kəşfiyyat xidmətlərindən messencerlərin monitorinqinə icazə vermələri və "siyasi zəlzələ" ilə mübarizə üçün birliklər və yığıncaqlar haqqında qanunun sərtləşdirilməsi tələb olunur.
Bundan əvvəl amerikalı müğənni Teylor Sviftin Avstriyada keçirilən konsertində terror aktı hazırlamaqda şübhəli bilinən şəxslərin üzərindən partlayıcı maddələr və silahlar aşkar edilib. Avstriya federal kansleri Karl Nehammerin sözlərinə görə, polis şübhəlilərlə digər islamçılar arasında əlaqələri aşkarlayır.
Samir