Ukrayna Kursk vilayətində “təhlükəsizlik zonası” yaradacaq.
HİT.az xəbər verir ki, bu barədə Ukraynanın reinteqrasiya naziri İrina Vereşçuk sosial şəbəkələrdə məlumat verib.
Vereşçuk Ukrayna tərəfindən nəzarətə götürülən Rusiya ərazilərinin sakinlərinin ya Ukraynaya, ya da Rusiyaya gedə biləcəyi müəyyən humanitar dəhlizlər yaradıldığını elan edib. Vereşçuk həmçinin bəyan edib ki, Ukrayna müəyyən beynəlxalq humanitar təşkilatlara bölgəyə daxil olmağa icazə verəcək.
Kursk vilayətinin başçısı vəzifəsini icra edən Aleksey Smirnov bildirib ki, Ukrayna Silahlı Qüvvələri tərəfindən ələ keçirilən ərazidə iki minə yaxın insan yaşayır, onların taleyi barədə hakimiyyət hazırda heç nə bilmir.
Bundan əvvəl İrina Vereşçuk bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumundan sonra Rusiya ilə Ukraynanın Sumı vilayəti arasında sərhəddə humanitar dəhliz bağlanıb.
Vereşçuk qeyd edib ki, humanitar dəhliz ən azı on gün bağlı qalacaq. Eyni zamanda Belarusla sərhəddə yerləşən Mokranı-Domanovo keçid məntəqəsi də fəaliyyətini davam etdirir.
Samir