Finlandiyada komandan cinayətdə şübhəli bilindi, istefa verdi

DÜNYA
19:40 / 14.08.2024
246

Finlandiya Körfəzi sərhəd dəstəsinin komandiri Risto Yaaskelaynen vəzifədə sui-istifadə etməkdə günahlandırılıb. 

HİT.az xəbər verir ki, bu barədə "Yle" məlumat yayıb.

Onun özündən yuxarı rütbəli komandirlərə qarşı cinayətdə şübhəli bilindiyi qeyd edilir. Mənbə bildirir ki, bu cür pozuntuya görə cəza bir ildən çox olmayan müddətə azadlıqdan məhrumetmə ola bilər.

“Yaaskelaynen özü də istefa verib və sentyabrın əvvəlində erkən təqaüdə çıxacaq. Əvvəlcə komandirin gələn ilin əvvəlində dəyişəcəyi planlaşdırılırdı", deyə məlumatda bildirilir.

Bundan əvvəl Finlandiya Xarici İşlər Nazirliyinin rəhbəri Elina Valtonen bildirmişdi ki, Helsinki payızda Rusiya ilə sərhəddə keçid məntəqələrinin açılması məsələsinə qayıda bilər.

Öz növbəsində Finlandiyanın baş naziri Petteri Orpo bəyan edib ki, Rusiya ilə Finlandiya arasında münasibətlərin hazırkı mərhələsində sərhəddə ölkələr arasında keçid məntəqələrinin açılması imkanları yoxdur.

Samir

0