Məhkəmə qətl hadisəsində tutuquşunu sorğu-sual edəcək

DÜNYA
13:58 / 28.05.2020
1107

Argentinanın Buenos Ayres şəhərində məhkəmə müdirinin öldürülməsinin şahidi olan tutuquşunu dindirəcək.

Bu haqda məlumatı “Daily Mail” nəşri yayıb.

Mənbə bildirir ki, tutuquşu 2018-ci ildə öldürülən 46 yaşlı Elizabet Toledonun son sözlərindən birini danışıb.

3 argentinalı otaq icarəyə verən qadını zorlamaqda və öldürməkdə şübhəli bilinirlər. 51 yaşlı Miguel Satinho Rolona və 62 yaşlı Xorxe Raul Alvarez əsas şübhəlidirlər.

Üçüncü kirayənişinin qətl zamanı alibisi olub.

Hadisə yerində işləyərkən polis bir qadının fəryadını eşidib: “Xeyr, xahiş edirəm, məni buraxın.” Otaqda yalnız öldürülmüş qadının cəsədi və qəfəsdə olan tutuquşu tapılıb.

Qurbanın qonşusunun sözlərinə görə, kişilərdən biri qadını vuranda tutuquşunun “Niyə məni vurdun” dediyini eşidib.

Polis inanır ki, tutuquşu qurbanın son sözlərini təkrarlayıb. Toledonun çiynində, həmçinin Rolonanın dişlərinin izi qalıb. Bundan əlavə, ikinci şübhəli şəxsin DNK nümunələri qurbanın bədənində tapılıb.

0
konkret.az