İyulda Argentinada qiymətlər 4% artıb, ilin əvvəlindən isə inflyasiya demək olar ki, 90%-ə çatıb.
HİT.az xəbər verir ki, bu məlumatı ölkənin Statistika və Siyahıyaalma İnstitutu yayıb.
“İstehlak qiymətləri indeksi 2024-cü ilin iyul ayında 4%, ilin əvvəlindən isə 87% artıb. Ötən ilin iyul ayı ilə müqayisədə artım 263,4% təşkil edib", deyə deyə idarənin hesabatında qeyd edilir.
Məlumata görə, ən çox qiymət artımı restoran və mehmanxanalarda (+6,5%) müşahidə olunub. Sonrakı yerdə spirtli içkilər və tütün məmulatları (+6,1%), o cümlədən kommunal xidmətlər (+6%) gəlir ki, iyunda əvvəlki ayla müqayisədə artıq 14,3% bahalaşıb. Ərzaq məhsullarının qiymətləri 3,2% artıb.
Yüksək inflyasiyaya baxmayaraq, hökumət qiymət artım tempini aşağı sala bilib. İyul göstəricisi 2022-ci ilin yanvarından bəri ən aşağı göstəricidir. İnflyasiyanın azalması iqtisadi aktivliyin azalması fonunda baş verir: İyun ayında sənaye istehsalının indeksi 1,6% azalıb.
Argentina bir neçə ildir ki, ən yüksək inflyasiyaya malik ölkələr sırasındadır. 2023-cü ildə qiymət artımı 211,4%, 2022-ci ildə 94,8%, 2021-ci ildə isə 50,9% təşkil edib.
İnflyasiyanın növbəti sürətlənməsi noyabrın 19-da prezident Xavyer Mileyin seçilməsindən sonra baş verib. Onun hökumətinin ilk tədbirlərindən biri dolların rəsmi məzənnəsini bir dollar üçün 366 pesodan 800 pesoya qaldırmaq olub.
Samir