"Ukraynanın Kurska hücumu uğursuz addımdır" - ŞOK AÇIQLAMA

DÜNYA
10:05 / 16.08.2024
396

"Əslində, Ukraynanın Rusiyanın Kursk vilayətinə hücum etməsi hərbi, siyasi və strateji cəhətdən uğursuz addımdır".

Bu sözləri politoloq Turan Rzayev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, indiyə kimi Rusiyanın Ukrayna ərazilərinə hücum etməsi onu işğalçı ölkə edirdi:

"Ukraynanın da Rusiyaya eyni şəkildə cavab verməsi artıq onun da işğalçı ölkə adlanmasına səbəb olacaq. Artıq tərəflərin hər ikisi işğalçılıq siyasəti aparırlar. Hansı məqsədlə olur-olsun bir ölkənin başqa ölkənin ərazisinə hücum etməsi işğalçı addımdır".

356095

Ekspertin sözlərinə görə, Ukraynanın Kurskdakı əməliyyatı uğurlu deyil:

"Bu, sadəcə psixoloji üstünlüyə hesablanmış addımdır. Düşünürəm ki, Ukraynanın "uğur" adlandırdığı addımları müvəqqəti xarakter daşıyır. Ümumiyyətlə, hansısa uğurlu əməliyyatdan söhbət gedə bilməz. Ukrayna sadəcə gözlənilməz bir anda Rusiyaya hücum etdi.

Amma Ukrayna hərbiçlərinin uzun müddət Rusiya ərazisində irəliləyə biləcəyini və Kursk vilayətini nəzəratdə saxlayacağını zənn etmirəm. Ukraynanın gücü çatsaydı, indiyə kimi ərazilərini işğaldan azad edərdi. Fikrimcə, Ukrayna Kursk vilayətinə yeni qüvvələr cəmləyə bilməyəcəyi üçün bir müddət sonra geri çəkilməyə məcbur qalacaq".

Politoloqun sözlərinə görə, Rusiyanın Kursku geri alması üçün əməliyyatlara başlaması Ukrayna üçün fəlakətlə nəticələnə bilər:
"Rəsmi Moskva yaranmış vəziyyətdən istifadə edə bilər. Artıq Rusiyanın ərazisi işğal olunduğu üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) dəstək istəyə bilər. Üstəlik, Belarusun da müharibəyə qoşulma ehtimalları yüksəlib". 

Turan Rzayev digər mümkün risklər barədə də danışıb:

"Əgər paytaxt Moskva təhdid altında olar və işğal olunan ərazilər artarsa, Rusiya nüvə silahından istifadə edə bilər. Birbaşa nüvə silahına əl atmasalar da, taktiki ballistik raketlərdən istifadə olunma ehtimalı var. Ümumiyyətlə, Ukraynanın bu addımı Kremli aqressivləşdirəcək. Bu isə müharibənin uzanması və danışıqlar prosesinin ikinci plana keçməsinə səbəb olacaq". 

Pərviz

0