Çinin ən böyük çip istehsalçılarından biri olan "Advanced Micro-Fabrication Equipment Inc." (AMEC) şirkəti Amerika firmaları ilə iş görməkdən çəkindirdiyi üçün Pentaqonu məhkəməyə verir.
HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
AMEC bildirib ki, şirkət ədalətsiz olaraq Xalq Azadlıq Ordusu ilə əlaqələndirilib, biznesinə və reputasiyasına xələl gətirilib. Eyni zamanda, Şanxay istehsalçısının rəhbərliyi əsasən amerikalılardan ibarətdir.
Çin şirkəti Amerikanın aparıcı firmaları, o cümlədən "Applied Materials Inc." və "Lam Research Corp" ilə rəqabət aparır. AMEC özünün son illik hesabatında bildirib ki, onun maşınlarından bəziləri indi 5 nanometrlik çiplər istehsal etmək üçün istifadə olunur, bu texnologiya ən qabaqcıllardan yalnız bir nəsil geri qalır.
"Bloomberg" xəbər verir ki, Çin çip istehsalçısı öz məhsullarını "Huawei Technologies Co.", "Semiconductor Manufacturing International Corp.", "Hua Hong Semiconductor Ltd." və "Taiwan Semiconductor Manufacturing Co." şirkətlərinə tədarük edir.
"Biz inanırıq ki, məhkəmə ədalətli qərar çıxaracaq və AMEC-in siyahıdan çıxarılmasına qərar verəcək. Bu arada biz mübahisənin düzgün həlli üçün Müdafiə Nazirliyi ilə əlaqə yaratmaq üçün fəal işləyirik", deyə şirkətin açıqlamasında bildirilir.
Samir